logo

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi

15:11 16-03-2021 | icon 1736
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılmasının insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd edilməsini arzuolunmaz etdiyi vurğulanıb.

Bununla əlaqədar nazirlik əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.

“Həmçinin mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq.

Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə bildirilib.