logo

Sabunçu rayonunda nişan mərasimi keçirərlər cərimələndilər

18:10 15-03-2021 | icon 1820
Sabunçu rayonunda nişan mərasimi keçirərlər cərimələndilər

Sabunçu rayonu ərazisində yerləsən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə rayon polis idarəsinin 12-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görü̈blər.

Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.