Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini G.İsmayılova Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, axtarış zamanı ondan 107 qram heroin və bank kartı aşkarlanıb.
Onun K.Rəhimov küçəsindəki evinə baxış zamanı 470 qram heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilmiş 2000 manat məbləğində pul götürülüb.