logo

Bakıda çalınan toy yarımçıq bitdi

15:55 15-03-2021 | icon 1764
Bakıda çalınan toy yarımçıq bitdi

Xətai rayon Polis İdarəsinə rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları mərasimin keçirilməsinin qarşısını alıblar.

Toy mərasimində iştirak etməklə sanitar-epidemioloji normaları pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə olunub.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4 min manat məbləğində cərimələnib.