Sumqayıtda 3 ay bundan öncə itkin düşən şəxsin meyiti tapılıb.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində olan yeraltı sığınacaqlardan birinə baxış zamanı oradan kişi meyiti tapılıb.
Aparılan araşdırma zamanı həmin şəxsin 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlu olduğu müəyyən edilib.
Meyit yanmış vəziyyətdə olub. Mərhumun meyiti müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, X.Əmirov ötən il dekabrın 18-dən itkin düşüb.