logo

Tovuzdakı toy mərasimləri başlamadan sona çatıb

12:13 15-03-2021 | icon 1680
Tovuzdakı toy mərasimləri başlamadan sona çatıb

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki,Tovuz rayon Polis Şöbəsinə Əlimərdanlı kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi qaydaları izah olunub. Saxlanılan altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.

Davam etdirilən tədbirlərlə rayonun Mülkülü kəndində də toy mərasiminin keçirilməsi aşkar edilib. Polis əməkdaşları həmin mərasimin iştirakçıları barəsində də qanunamüvafiq tədbir görüb. İştirakçılar inzibati məsuliyyətə cəlb olunublar.