Martın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda bir nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.