logo

Tovuzda "EL" restorandakı toy yarımçıq qaldı

15:53 13-03-2021 | icon 1792
Tovuzda "EL" restorandakı toy yarımçıq qaldı

Tovuz rayon Polis Şöbəsinə Əyyublu kəndi ərazisində yerləşən “EL” restoranında toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki,polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, restoranın xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.

Səkkiz nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Onların hər biri 200 manat, obyektin sahibi isə 4 min manat məbləğində cərimələnib.