Milli Hidrometeorologiya Xidmətinin martın 13-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 56, Sarıbaşda (Qax) 46, Yardımlı, Qusarda 33, Şahdağda 28, Daşkəsəndə 27, Kişçayda (Şəki) 26, Altıağacda 24, Qubada 20, Lerikdə 19, Xaltanda 16, Qrızda 12, Oğuz, Şahbuzda 10, Şəki, Göyçayda 9, Şabran, Tovuzda 8, Qəbələ, Gədəbəydə 7, Xaçmaz, Mingəçevirdə 4, Qobustan, Naftalanda 2, Balakən, Zaqatala, Kürdəmirdə 1 santimetr olub.
Düşən yağıntının miqdarı Göytəpədə 40, Lerik, Lənkəranda 20, Naxçıvanda 17, Mingəçevirdə 15 millimetr, digər rayonlarda 5 millimetrdən 12 millimetrədək, Bakıda və Abşeron yarımadasında 1-3 millimetr təşkil edib.
Şimal-şərq küləyi səhər saatlarından başlayaraq saniyədə 7-12 metrədək zəifləyib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.5 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0.4-0.6°, Aran rayonlarında 0-2°, dağlıq rayonlarda 7-11°, yüksək dağlıq ərazilərdə 13-17°, Naxçıvan Muxtar Respublikasında 3-11° şaxta olub.