logo

Yıxılma təhlükəsi olan 25 ilin çinar ağacı xilas edildi

10:46 12-03-2021 | icon 1883
Yıxılma təhlükəsi olan 25 ilin çinar ağacı xilas edildi

Martın 7-də Bakıda əsən güclü külək səbəbindən Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 7 ünvanında yıxılma təhlükəsi ilə üzləşən 25 illik çinar ağacı xilas edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayevin saytımıza məlumat verib.

Onun sözlərinə görə, əlaqədar dövlət təşkilatlarının əgər vaxtında müdaxiləsi olmasaydı bu günkü güclü külək həmin çinar ağacını kökündən aşıracaqdı.Ötən gün aşma təhlükəsi ilə üzləşmiş agacda budama işləri aparılıb. 

"Ekolji təşkilatın rəhbəri olaraq, bu işdə əməyi keçən hər kəsə minnatdarlığımı bildirirəm. Ağacın aşma təhlükəsi ilə üzləşməsi xəbərini aldıqdan sonra dərhal hərəkətə keçən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,  məsələni diqqətdə saxlayan Bakı şəhər İcra Hakimiyyətiə, BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təşkilatımız adından təşəkkür edirəm. 

Bakı küləklər şəhəri olduğundan, belə yaşlı və hündür ağaclar daim yıxılmaq təhlükəsi ilə üzləşməkdədir. Odur ki, əlaqədar dövlət qurumlarının vaxtında məsələyə müdaxilə etməsi yaşlı ağacların ömrünün daha da uzadılmasına şərait yaradır. Unutmayaq ki, hansı vəzifəni daşımağımızdan asılı olmayaraq, təbiəti qorumaq, ilk növbədə bizim vətəndaşlıq borcumuzdur",-deyə təşkilat rəhbəri vurğulayıb.