Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini E.Güləliyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xətai rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, axtarış zamanı ondan 8 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış keçirilib. Evdən əlavə olaraq 1 kiloqram heroin, 185 qramdan çox metamfetamin, 75 qramdan artıq tiryək, 29 metadon həbi və elektron tərəzi götürülüb.