logo

Şimal-qərb bölgəsinə qar yağır

11:19 11-03-2021 | icon 1736
Şimal-qərb bölgəsinə qar yağır

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Martın 11-i gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağır.

YeniAvropa xəbər verir ki, Qax RİH-dən verilən məlamuta görə, rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qarın qalınlığı 10 santimetrə çatır.

Yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Hazırda rayonun dağlıq ərazilərində qar yağmaqda davam edir.