logo

25 yaşlı oğlanı sevgilisinin qohumları Bakıdan Bərdəyə çağırıb yandırdılar

10:04 10-03-2021 | icon 1848
25 yaşlı oğlanı sevgilisinin qohumları Bakıdan Bərdəyə çağırıb yandırdılar
Sevgilisinin yaxınları tərəfindən yandırılan 25 yaşlı Eyvazov Ələtin anası oğunun başına gələnlər barədə danışıb.
 
YeniAvropa xəbər verir ki, o, açıqlamasında oğlunun sevdiyi qızın ailəsi tərəfindən yandırıldığını və boğazının balta ilə kəsilmək istənilməsini bildirib:
 
Ələtin anası bildirib ki, oğlunun mağazası və təşkilatçılığı olduğu üçün sevdiyi qız ondan əl çəkməyib:
 
"2-3 il idi ki, sevgili idilər. Mən keçən il getdim həmin qızın evinə, anasını başa saldım ki, mən oğluma yanında uşağı olan dul qadın alan deyiləm. Onlar məni təhqir etdilər. Mən də gəlib oğluma dedim ki, bu işi qurtar. O da razılaşdı. Sonradan bunlar gizlincə görüşüblər. Atası da oğlumu görüşə çağırıb. Bu da durub Bakıdan Bərdəyə gedib. Qızın atası qardaşı oğlu ilə bunun qollarından tutub, qız da əlindəki butulka ilə bunun üstünə yandırıcı maddə töküb. Daha sonra balta ilə boğaını kəsmək istəyiblər”./BAKU.TV