Ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanıb.
YeniAvropa-ya bildirilib ki,bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyi tərəfindən İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.