Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, muxtar respublikanın sabiq təhsil naziri Məmməd Qəribov saxlanılıb.
Xatırladaq ki, ötən gün Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Naxçıvanda həbs edilib. Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.