Azərbaycanda martın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Martın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti, dağlarda gecə 3-6°, yüksək dağlıq ərazilərdə 6-9°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.