Martın 6-da Bakıda "Fəvvarələr meydanı"nda qadınlara dəstək aksiyası keçirilib.
YeniAvropa xəbər verir ki, ADO teatrının heyətindən olan bir neçə qadın üzərinə "Qızsan, dözməlisən”, "Döyər də, sevər də”, "Qız kimi ol”, "Səbr elə”, "Yolum bağlıdır” kimi şüarlar yazılmış köynəklərlə qadınların cəmiyyətdəki kimliklərini ictimailəşdirdiklərini bildiriblər.
Qadınların bu aksiyası sosial şəbəkə iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.