logo

Sumqayıtda Zakir Fərəcovun restoranında 150 nəfərlik toy olub

19:48 06-03-2021 | icon 5747
Sumqayıtda Zakir Fərəcovun restoranında 150 nəfərlik toy olub

Dünən Sumqayıt şəhərində yerləşən “Poseydon” restoranında keçirilən toy mərasimi polis əməkdaşları tərəfindən dayandırılıb.

 YeniAvropa xəbər verir ki, 150 nəfərin toplaşdığı məclisdə karantin qaydalarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata əsasən, polis əməkdaşları tərəfindən vaxtında aşkar edilən məclis tez bir zamanda ləğv edilərək, iştirakçılar barədə inzibati tədbirlər görülüb.

Deyilənə görə, sözügedən restoranda pandemiya dövründə bundan öncə də dəfələrlə toy-nişan məclisləri təşkil edilib.

Qeyd edək ki, iddialara görə, adıçəkilən restoran Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur və məclisin dağılma anında o, özü də orada iştirak edib.