logo

Binəqədidə daha bir “E-manat” terminalı oğurlandı:kameraya düşdü

13:29 05-03-2021 | icon 6041
Binəqədidə daha bir “E-manat” terminalı oğurlandı:kameraya düşdü

Binəqədi rayonu Sulutəpə qəsəbəsində marketlərdən birində quraşdırılan və içərisində 3510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassasından 306 manat məbləğində pul naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanıb. Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov Binəqədi rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi və 40-cı polis bölməsi əməkdaşlarının qısa zamanda “isti izlər”lə keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar. Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir. Ramin Mahmudov və Rəvan Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.