logo

Nəsimi rayonunda internetdə narkotika satanlan saxlanıldılar

17:33 04-03-2021 | icon 5222
Nəsimi rayonunda internetdə narkotika satanlan saxlanıldılar

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin İsmayılov və İlham İsgəndərovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, E.İsmayılovun idarə etdiyi avtomobilə baxış zamanı 300 qramdan artıq heroin, 82 qrama yaxın metamfetamin, 3 qramdan çox metadon və elektron tərəzi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, E.İsmayılov şəxsiyyəti istintaqa məlum olmayan əcnəbi vətəndaşla sosial şəbəkələrdə əlaqə yaradaraq, narkotik vasitələrin Bakıya gətirilməsinə kömək edib. O, həmin xarici əcnəbinin göstərişi ilə narkotik maddələri paytaxtda onlayn yolla satışını təşkil etməyi planlaşdırıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.