Kürdəxanı qəsəbə sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun evinə baxış keçirilib. Evdən əlavə olaraq 1 kiloqram 510 qram heroin götürülüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.