logo

Paytaxtda azyaşlı qızı küçəyə atıb getdilər

09:10 02-03-2021 | icon 1750
Paytaxtda azyaşlı qızı küçəyə atıb getdilər

Bakıda kimsəsiz azyaşlı tapılıb.

 YeniAvropa xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4 yaşlı qız polislər tərəfindən tapılıb.

Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə uşağın anasını tərəfindən küçədə qoyulduğunu bildirib: “Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib.

Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.