logo

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 16 il ötür

15:51 02-03-2021 | icon 1750
"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 16 il ötür

Bu gün "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur.

 YeniAvropa xəbər verir ki, istedadlı jurnalist 2 mart 2005-ci ildə öz evinin girişində güllələnib. Qatil Elmar Hüseynova yeddi güllə vurub.

Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusən də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu dəhşətli qətlin açılması üçün hər şeyi ediblər. Belə ki, cinayətin icraçılarının Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tair Xubanov olduğu müəyyən olunub, lakin Azərbaycan tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Gürcüstan şübhəlilərin təhvil verilməsindən imtina edib. Cinayəti sifariş verən şəxsin kimliyini  istintaqla müəyyənləşdirmək mümkün olmayıb.