Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin olunması və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara lazımi kömək göstərirlər.
Bundan əlavə, sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polis əməkdaşları onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.