Martın 1-də Qobustan seysmoloji stansiyasından 20 kilometr cənub-şərqdə - Qobustan rayonunda zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb.
Maqnitudası 3,5 olan və ocağı 44 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.