logo

Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?

22:18 28-02-2021 | icon 2786
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?

"Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları"nın (AZAL) işçiləri yazırlar ki, 2 aydır maaşlarını ala bilmirlər. Baxmayaraq ki, "AZAL" pandemiya zamanı da bəhrələnənlərdən olub”.

YeniAvropa xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu özünün "Facebook" hesabında yazıb.

Ekspert bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən "AZAL"a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb: "“AZAL" bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş-gəliş biletini dəfələrlə bahalaşdırıb. "AZAL" pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov "AZAL"ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.

Qubad İbadoğlu hesab edir ki, "AZAL"ın monopoliyasına son qoymaq, həqiqi rəqabət mühiti yaratmaq üçün ölkəyə başqa aviaşirkətlərin buraxılması səlahiyyəti "AZAL"dan alınmalıdır. 

O, statusda həmçinin müvafiq həştəqlər də paylaşıb:

#AZALmonopoliyasınason
#UcuzUcmaqHaqqimizdi
#AZALqiymetleriSAL