Cəlilabad rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə və onun idarə etdiyi “Toyota” markalı avtomobildəki sərnişini, əvvəllər məhkum olunan A.Rüstəmov Ocaqlı kəndi ərazisində saxlanılıblar.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, avtomobilə baxış zamanı 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.