Azərbaycan elminə ağır itki üz verib.
YeniAvropa xəbər verir ki, şərqşünaslıq elmləri doktoru, professor Vilayət Cəfərov 81 yaşında vəfat edib.
Qeyd edək ki, Vilayət Cəfərov 1940-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedoqoji fəaliyyətlə məşğul olub.
Bundan əlavə, professor Vilayət Cəfərov AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda "dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri olub.