Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, yarımadanın bəzi yerlərində arabir 20 metrədək güclənəcək.
Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.