44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
YeniAvropa xəbər verir ki, müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən 5 aydan çoxdur ki heç bir xəbər olmayıb. İtkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda yer alıb.
Şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
Evin tək övladı olan R. Xaydaroviçin atası bir müddət əvvəl rəhmətə gedib.
Sumqayıt rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhidin bu gün axşam saatlarında dəfn ediləcəyi gözlənilir.