logo

Əksər avtomobil yolları buz bağlayıb

10:59 19-02-2021 | icon 2044
Əksər avtomobil yolları buz bağlayıb

Fevralın 19-na respublikanın avtomobil yollarında mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində isə 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi–Xızı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Bakı–Qobustan yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 kilometr hissəsində səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı–Muğanlı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Muğanlı-Ağsu–Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt–Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul–Ucar–Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax–Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı–İsmayıllı yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasən də yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Şəki–Qax–Zaqatala–Gürcüstan ilə dövlət sərhəd yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax–Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı–Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Lənkəran–Lerik yolunda yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.