logo

Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondu yaradılacaq

19:49 18-02-2021 | icon 2569
Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondu yaradılacaq

Nəqliyyat və tranzit sahəsi Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir. Bu gün də Türkiyə tərəfi ilə həmin sahələrlə bağlı müzakirələr aparılıb. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 faiz təşkil edib.

 YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişi mühüm yer tutur. 2019-cu ildə imzalanmış sazişi artıq Türkiyə parlamenti ratifikasiya edib. Bu il martın 1-dən sənədin qüvvəyə minməsi ticarət əlaqələrimizin inkişafına töhfə verəcək.

"Bundan başqa, inanırıq ki, Türkiyənin Naxçıvanda ticarət attaşesi təyin etməsi, həmçinin prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Azərbaycanın İstanbulda ticarət nümayəndəliyinin təsis edilməsi işlərin daha səmərəli və çevik həyata keçirilməsini təmin edəcək. Sevindirici haldır ki, Azərbaycanda türkiyəli iş adamları geniş təmsil olunur. Türkiyə və Azərbaycan müəssisələri qarşılıqlı olaraq sərmayə qoyuluşunda fəal iştirak edir. Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, ölkələrarası iri müəssisələrin və iri layihələrin, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşması bizim qarşımızda duran vəzifələrin daha sürətlə icrasına yardım ola bilər",-deyə Mikayıl Cabbarov vurğulayıb.