logo

Sinoptiklərdən xəbərdarlıq:Fevralın 21-dən hava yenidən dəyişəcək 

17:18 18-02-2021 | icon 1960
Sinoptiklərdən xəbərdarlıq:Fevralın 21-dən hava yenidən dəyişəcək 

Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə yüksələcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.

  YeniAvropa xəbər verir ki, bu barədə  ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında ölkəmizə yaxınlaşması proqnozlaşdırılır.

"Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq",-deyə Umayra Tağıyeva bildirib.