Fevralın 18-də paytaxtın Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, buna səbəb rayonun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı görülən tədbirlərdir.