Qaxın Sarıbaş kəndində qarın hündürlüyü 40 santimetrə çatıb
Milli Hidrometeorologiya Xidmətinin fevralın 18-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensivləşib, güclü şimal-qərb küləyi əsib.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 42 (aylıq normanın 80 faizi), Lənkəranda 38 (aylıq normanın 36 faizi), Zaqatalada 33 (aylıq normanın 74 faizi) Xınalıqda 28, Gədəbəydə 28 (aylıq normanın 97 faizi), Balakəndə 27, Şəkidə 26 (aylıq normanın 59 faizi), Daşkəsəndə 25 (aylıq normanın 70 faizi), Qrızda 24, Ağstafada 23 (aylıq normanın 102 faizi), Kişçayda (Şəki) 22 (aylıq normanın 50 faizi), Astarada 20 (aylıq normanın 21 faizi), Oğuzda 20 (aylıq normanın 40 faizi), Gəncədə 18 (aylıq normanın 121 faizi), Şahdağda 18, Şəmkirdə 16 (aylıq normanın 69 faizi), Tovuzda 16 (aylıq normanın 71 faizi), Qubada 16 (aylıq normanın 53 faizi), Qəbələdə 15 (aylıq normanın 27 faizi), Mingəçevirdə 14 (aylıq normanın 55 faizi), Göygöldə 13, Ağdamda 11 (aylıq normanın 51 faizi), Lerikdə, Göyçayda 10, Bərdə, Naftalanda 9, Şərurda 8, Zərdab, Yevlax, Şahbuzda 7, Tərtər, Ağdərə (Ordubad), Qusarda 6, Yardımlı, Beyləqan, Ceyrançöldə 5, Kürdəmir, Sədərək, Xaltan, Xaçmazda 4, Sabirabad, Altıağac, İsmayıllıda 3, Cəfərxan, Salyan, Hacıqabul, Ordubad, Ağsu, Mərəzədə 2, Salyan, Neftçala, Biləsuvar, Şabran, Nabran, Naxçıvan, Şamaxı, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahıda 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39, Daşkəsəndə 28, Gədəbəydə 24, Göygöldə 22, Kişçay, Tovuz, Qrızda 10, Şəki, Oğuzda 9, Zaqatalada 6, Gəncədə 4, Quba, Xaltanda 3, Xınalıq, Şəmkir, Qusarda 2, Balakən, Altıağac, Mərəzə, Hacıqabul, Yardımlı, Qəbələdə 1 santimetr təşkil edib.
Qərb küləyinin sürəti Neftçalada saniyədə 30, Naftalanda 28, Tərtərdə 25, Gəncədə 24, Biləsuvar, Salyanda 20, Şəmkirdə 19, Xaçmaz, Şəki, Hacıqabulda 16, Qum adasında 27, Neft Daşları, Bakıda 21, Pirallahı, Sumqayıt, Çilov adasında 20 metrədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Havanın temperaturu fevralın 17-də Bakıda iqlim normasından 1.5° aşağı olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-1° şaxta, aran rayonlarında 1° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda 3-8°, yüksək dağlıq ərazilərdə 10-14° şaxta təşkil edib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb