Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 33 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliynin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.