Azərbaycan ərazisində növbəti zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ fevralın 17-də yerli vaxtla saat 02:38-də Qazax stansiyasından 35 km şimal-şərqdə Tovuz rayonunda 3,4 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.