Göydələn tikənlər Bakıda uşaq bağçasının hasarını sökdülər
18:53 16-02-2021
|
1883
Bakıda vətəndaşa məxsus uşaq bağçası kimi fəaliyyət göstərən mülkiyyətin hasarı ətrafda tikinti işləri aparan “Gloria Palace” MTK tərəfindən dağıdılıb.
YeniAvropa xəbər verir ki, hadisə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 74 ünvanında qeydə alınıb.
Şikayətçi "BakuTV"yə bildirib ki, hadisə gecə vaxtı baş verib.
“Gloria Palace” MTK-nın nəzarətçisi bildirib ki, bu pilot layihədir: “Biz burda yaşayan sakinləri köçürüb, mülkiyyətçilərə sahib olduğu sahənin 20 faiz artığını verirəcəyik”.