logo

Əhməd İsmayılov KİVDF-nin ləğv edilməsinin səbəbini açıqlayıb

17:58 16-02-2021 | icon 1918
Əhməd İsmayılov KİVDF-nin ləğv edilməsinin səbəbini açıqlayıb
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının səbəbləri açıqlanıb.
 YeniAvropa xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN” verilişində bildirib ki, KİVDF-nin təşkilatı-hüquqi forması geniş tədbirlərin həyata keçirilməsinə imkan vermirdi:
 
"Biz həmin fond çərçivəsində işlərimizi görərkən və media sahəsindəki prosesləri təhlil edərkən gördük ki, bu fondun ümumiyyətlə təşkilati-hüquqi forması media sahəsində geniş islahatların aparılmasına və medianın bütün sahələrini əhatə etməyə imkan vermirdi. Yəni fondun təşkilatı-hüquqi formasının medianın yalnız maliyyə dəstəyini həyata keçirməklə müəyyən istiqamətdə işlərin görülməsi kimi bir çərçivəsi var idi.
 
Bu təşkilati-hüquqi forma medianın bütün sahələrini, ümumiyyətlə jurnalistlərlə yaxından işlərin görülməsi, onların ixtisas və peşələrinin artırılması üzrə tədbirlərin görülməinə imkan vermirdi. Bu səbəbdən də bizim təhlillərimiz göstərdi ki, yeni təşkilati-hüquqi formaya keçimək zərurəti vardı və cənab Prezidentin fərmanı ilə yeni təşkilatı-hüquqi formada, publik-hüquqi şəxs olaraq Medianın İnkaşı Agentliyinin yaradılması barədə qərar verildi”.