Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-9° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 17-18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.