logo

Azərbaycan nefti son iki ilin ən yüksək həddinədək bahalaşıb

10:28 16-02-2021 | icon 2877
Azərbaycan nefti son iki ilin ən yüksək həddinədək bahalaşıb

Azərbaycan neftinin qiyməti bahalaşır.

YeniAvropa xəbər verir ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,57 ABŞ dolları artaraq 64,34 dollar təşkil edib. Bu, son iki ilin maksimum göstəricisidir.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.