On gün əvvəl rəhbəri işdən çıxarılan "Space" telekanalına yeni direktor təyin olunub.
YeniAvropa xəbər verir ki, Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev telekanala yeni rəhbəri təyin edilib.
Xatırladaq ki, fevralın 5-də mətbuatda 2006-cı ildən "Space" telekanalına rəhbərlik edən tanınmış kinorejissor Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayılıb.
Bir gün sonra telekanalın təsisçisi Sevil Əliyeva Vaqif Mustafayevin telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirib.Qeyd edib ki, V.Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib.