Metrodan oğurlanan milyonlar: Mehmandan Zaur Hüseynov və oğlu ilə bağlı araşdırma
Videoblogger Mehman Hüseynov "YouTube" kanalında növbəti araşdırmasını təqdim edib.
YeniAvropa xəbər verir ki, Mehman Hüseynovun budəfəki araşdırması "Bakı Metropoliteni"nin rəhbəri Zaur Hüseynov , onun xaricdə yaşayan və milyonluq xarici şirkətlərə sahib olan oğlu Həbib Hüseynzadə barəsindədir.
Onun sözlərinə görə , paytaxtda "İnçaatçılar" metro stansiyasının çıxışındakı “Yaşıl məkan” restoranı da Həbib Hüseynzadənindir.
Mehman Hüseynov videoaraşdırmasını belə təqdim edib: “Metrodan oğurlanan milyonlar...Bahalı maşınlar, şirkətlər, restoranlar! Sənədlərlə, sübutlarla, faktlarla! Azərbaycan xalqına məxsus olan sərvəti kimlər oğurlayır və hara xərcləyir? Daha bir korrupsioner məmur və onun “kasıb” oğlu..”
Həmin süjeti təqdim edirik: