Gürcüstandan idxal edilən 20 ton quş ətində zərərli maddə aşkarlandı
Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində bir neçə istehsal tarixləri ilə daxil olan məhsul partiyalarında (istehsal tarixi ötən il 3 və 12 oktyabr olan, ümumi çəkisi 3,07 ton) salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Qeyd edək ki, ötən il ərzində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus müxtəlif şəkildə dondurulmuş toyuq məhsullarında da salmonella patogen mikroorqanizmləri aşkarlanıb və məhsulların satışına qadağa qoyulub, bununla əlaqədar Gürcüstanın Milli Qida Agentliyinə məlumat təqdim olunub. Gürcüstanın Milli Qida Agentliyindən “Chirina” LTD şirkətinin rəsmi nəzarətə götürüldüyü, sağlamlaşdırıcı tədbirlərin görüldüyü barədə Qida Təhlükəsizliyi Agentliyinə zəmanət məktubu təqdim edilib və həmin məlumat əsasında yenidən həmin şirkətə məxsus dondurulmuş toyuq məhsullarının idxalına icazə verilib. Lakin həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı növbəti dəfə Gürcüstandan ölkəmizə idxal edilən həmin şirkətə məxsus dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkar edilib.
Agentlik istehlaka yararsız məhsulların məhv edilməsi ilə əlaqədar qərar qəbul edib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Qida Təhlükəsizliyi Agentliyi bir daha sahibkarları diqqətli olmağa və normativ hüquqi aktların tələblərinə uyğun məhsulların idxalını həyata keçirməyə çağırır.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb