logo

Belində tapança gəzdirən paytaxt sakini saxlanılıb

15:24 11-02-2021 | icon 2114
Belində tapança gəzdirən paytaxt sakini saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, şöbəyə əvvəllər dəfələrlə məhkum edilmiş Əli Ağayevin üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilərkən “Makarov” markalı tapança, bir sandıqça və iki patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın özünə məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq, polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktlarla bağlı 22-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilib.