logo

Sabirabadda oğluna toy məclisi təşkil edən ata cərimələnib

13:49 11-02-2021 | icon 1764
Sabirabadda oğluna toy məclisi təşkil edən ata cərimələnib

Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 

YeniAvropa-ya bildirilib ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini A.Veysəlov yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə öz oğluna toy mərasimi təşkil etdiyi müəyyən olunub.

Məclisin təşkilatçısı da daxil olmaqla, ümumilikdə, məclisdə iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimələniblər.