Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
YeniAvropa xəbər verir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Caspian Catering Supply" MMC tərəfindən Belarus Respublikasından ölkəmizə idxal edilən 19,99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində dekabrın 15-də istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2,5 ton) salmonella aşkarlanıb.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.