DİN Suraxanı RPİ-dən 30-dan çox polisin işdən çıxarılmasını təksib etdi
Suraxanı rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin guya işdən çıxarılmasına dair bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib: "Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib, bir qrup əməkdaşa digər intizam tənbehləri verilib, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilib.
Qeyd edilməlidir ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir. Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır".
Qeyd edək ki, daha əvvəl KİV-də yayılan məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb.Həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb. Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.
Bir ay sonra isə Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.
S.Nemətov vəzifənin icrasına başlayan kimi nazirliyə müraciət edərək kompleks yoxlama keçirilməsini istəyib. İdarədə aparılan araşdırmalar nəticəsində çoxlu nöqsanlar aşkar edilib və yekun nəticə nazirə məruzə olunub.
Bunun əsasında Suraxanı RPİ-nin Cinayət Axtarış İdarəsinin rəisi, İstintaq İdarəsinin rəisi, İdarəyə tabe olan 30-cu Polis Şöbəsinin, 31, 32 və 33-cü Polis Bölmələrinin rəis müavinləri, 31-ci Polis Bölməsinin rəisi İman Mehdiyev və digər yüksək rütbəli polis əməkdaşları nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb