Göygöl rayon (keçmiş Xanlar rayonu) İcra Hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib. P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.
Xatırladaq ki, Pənah Məmmədov Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan fəallardan olub. O, 1992-1993-cü illərdə Göygöl rayonu icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.