Ölkəyə idxal edilən qızıl məmulatları ilə bağlı mühüm qərar
Azərbaycana gətirilən 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza aksiz güzəştinin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihədən çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda qəbul edilmiş "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə (188.1.1 maddəyə təklif olunan dəyişikliyə) əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilən malların siyahısından çıxarılırdı.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə 188.1.1-ci maddəyə təklif olunan dəyişiklik çıxarılıb.
Xatırladaq ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin fevralın 12-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır